GündəmManşet

50 erməni əsgəri sərhəddə mühasirəyə alındı- ƏLBƏYAXA DAVA

Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölündə mühasirəyə alınması ilə yadda qalıb.JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış “Caliber” media layihəsi məlumat yayıb.

Məlumatda deyilir ki, özünü səriştəsiz sələflərindən bir növ fərqləndirmək qərarına gələn Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə Qaragöl ərazisinə köçməyi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmağı tapşırıb. “O, atıcı silahlar və müntəzəm döyüş sursatları ilə təchiz edilmiş 50 nəfər erməni hərbçisinin iki “KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb. Ermənistan müdafiə nazirinin əmri ilə onlar qısa müddətdə Azərbaycan Ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli olublar. Yolu metal hörgü konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri ilə arxaya gedən yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qəti cavabı ilə üzləşən erməni hərbçiləri geri çəkilməyə məcbur olub”.

“Caliber” daha sonra yazır ki, yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. “Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb. Qabionlar quran erməni əsgərləri sonrakı hərəkətlər üçün alqoritmləri olmadığından dayanmağa məcbur olublar. Bundan başqa, arxa cəbhədən əlaqələri kəsilən erməni hərbçiləri 10 dərəcə şaxtada şəxsi heyəti qızdırmaq üçün isti yemək, su və müvafiq vasitələrlə (odun) təmin olunmayıb, çıxılmaz vəziyyətə düşüblər”.

Məlumatda deyilir ki, hərbçilərimiz ermənilərdən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. “Nəticədə, hər şey ermənilərin əsgərlərimizə onları yedizdirmək və su vermək üçün acınacaqlı xahişləri ilə başa çatıb.

Rusiya sərhədçiləri vəziyyəti nizamladılar – yalnız onların Azərbaycan komandanlığına müraciətindən sonra”.

Qeyd edək ki, erməni hərbi komandanlığı bu cür tələsik hərəkətlərlə müsbət nəticə əldə edə bilməyəcək, sadəcə olaraq öz əsgərlərinin həyatını mənasız şəkildə riskə atacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button