ManşetSiyasət

Separatçılar revanş arzusunda: “Şuşa, Hadrut, Kəlbəcər və Laçını geri qaytaracağıq”

“Azərbaycanla sülh mütləq lazımdır. Lakin bu sülhün nələrin bahasına başa gələcəyi mühümdür”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Qarabağdakı separatçıların nümayəndəsi, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan deyib.

O qeyd edib ki, hal hazırda Ermənistanda sülh danışıqları məsələsindən danışırlar. Onun sözlərinə görə, istənilən normal adam sülhə üstünlük verər, nəinki müharibəyə. “Lakin burada vacib məqam odur ki, həmin sülh nələrin bahasına başa gələcək. Məsələn, bizim üçün Azərbaycanın tərkibində istənilən səviyyədə status qəbuledilməzdir. Bu mümkün deyil”.

Babayan açıqlamasında həyasızcasına iştahalarını da dilə gətirib. “Biz heç vaxt Şuşa, Hadrut, Kəlbəcər və Laçından imtina etməyəcəyik. Lakin bu gün Qarabağda realist insanlar oturublar və onlar başa düşürlər ki, hazırkı mərhələdə mövcud olanları saxlamaq lazımdır. İbarəli ifadə etsək, Qarabağ ağır yaralanıb, onu ayağa qaldırmaq lazımdır”.

P.S. David Babayan kimi, sarsaqlar hələ də o arzudadırlar ki, nə zamansa “dövlət” olacaqlar və Azərbaycanın daxilində yenə terrorçuluq və separatçılıq edəcəklər. 44 günlük müharibədə ruslar qanlarının arasına girdi. Bir daha başlasa, o zaman dabanlarını yaladıqları ruslar belə onlara kömək edə bilməyəcəklər. .

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button