CəmiyyətManşet

Əsgəranda iki azərbaycanlı məmur saxlanılıb?

Hazırda rus sülhməramlılarının nəzarətində olan Qarabağın dağlıq hissəsində dünən qəribə bir hadisə baş verib. Daha doğrusu, yayılan məlumatın nə dərəcədə ciddi və doğru olduğunu müəyyən etmək çətindir.

JAMAZ.İNFO “Xarabaxa luzyun” Facebook səhifəsinə istinadən xəbər verir ki, aprelin 27-də Əsgəran şəhəri yaxınlığında Azərbaycan dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Səhifə maşında kimlərin olduğu və Azərbaycan nömrəli maşının Əsgərana necə gəlib çıxdığı barədə bilgiyə sahib olmadığını açıqlayıb.

Lakin “Danışır Yerevan” teleqram-kanalı məlumatı araşdırdığını və avtomobildə iki azərbaycanlı məmurun olduğunu iddia edib. Sözügedən kanal bildirib ki, həmin şəxslərin azərbaycanlı məmur olduğu müəyyənləşdikdən sonra onları sərbəst buraxıblar.

Erməni mediası və sosial şəbəkə istifadəçiləri isə baş verən hadisəyə görə, Qarabağdakı terrorçuların rəhbəri Arayik Arutyunyanı ittiham etməyə başlayıblar. Və onlar bildiriblər ki, Qarabağdakı separatçılar Əsgəranda saxlanılan azərbaycanlı məmurları əsir götürməli və onları Azərbaycan tərəfindən keçirilən antiterror əməliyyatı zamanı zərərsizləşdirilərək, həbs edilən erməni diversantları ilə dəyişdirilməli idi.

Qeyd edək ki, bu məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək imkanımız yoxdur. Rəsmi Bakı bu barədə hər hansı bir açıqlama verməyib. Ermənilərin isə bu səpkili məlumatlarına etibar etmək doğru deyil. Çünki indiyə qədər xeyli sayda yalan məlumatlar yaydıqları göz qabağındadır.

Digər tərəfdən, Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd Azərbaycan torpaqları və ərazisidir. Ona görə də, istənilən bir azərbaycanlının o ərazilərə getməsində qeyri-adi bir şey yoxdur. Üstəlik, onların Əsgəran və ya digər bir şəhərimizdə yoxlanılması, saxlanılmasının özü özbaşınalıq və qudurğanlıq hesab olunmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button