İqtisadiyyat

“Şahdəniz”də hasilat pik həddə çatdırılacaq

İlin sonunadək “Şahdəniz” yatağında hasilat pik həddə çatacaq. Bu barədə iyulun 18-də BP şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib. 

Vitse-prezidenti deyib ki, söhbət ildə 26 mlrd. kubmetr qaz hasilatından gedir və bu həcmin bir müddət saxlanılması planlaşdırılır.

Bundan əvvəl məlum olmuşdu ki, Avropa Birliyi Rusiyadan yan keçəcək yeni qaz tədürükü layihəsində Azərbaycana tərəfdaşlıq təklif edir. Rusiyanın Ukrayna ilə başladığı işğalçı müharibə sonrası daha kəskin şəkildə ortaya çıxan siyasi şərtlər Azərbaycanın qaz ixracatçısı kimi rolunu önə çıxarıb.

Tərəflər kommersiya imkanlarına və bazar tələbatına uyğun olaraq, 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracı da daxil olmaqla, təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışırlar.

Bildirilib ki, tədarükün artması həm də Azərbaycandan daxili qaz hasilatını genişləndirməyi tələb edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button