Gündəm

Ermənistan hərbi polisi bu yolu bağladı

Ermənistan hərbi polisi Basarkeçər rayonunun Zod istiqamətinə gedən yolu bağlayıb.

Jamaz.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, polis Zoda gedən yolu bağlayıb və media nümayəndələrini əraziyə buraxmayıb.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button