Dünya

Zelenski müraciət etdi: “Davamlı dəstəyinizə ümid edirik”

Ukrayna Prezidenti Vladimir Zelenski şənbə gecəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçilən Respublikaçılar Partiyasının lideri Kevin Makkartiyə təbrikində Vaşinqtonun yardımını həyati əhəmiyyətə malik adlandırıb və onun davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Jamaz.info xəbər verir ki, V.Zelenski “Tvitter”də yazıb: “Kevin Makkartini Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edirəm. Biz sizin davamlı dəstəyinizə və Birləşmiş Ştatların gələcək yardımına ümid edirik”.

Eyni zamanda Zelenski əlavə edib ki, döyüş əməliyyatlarında ABŞ-ın bütün sahələrdə dəstəyi Ukrayna üçün həyati əhəmiyyət kəsb edir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button