GündəmManşet

Azərbaycanın yeni tələbi İrəvanı qarışdırdı: “120 min azərbaycanlı Zəngəzura köçürülməlidir”

Ermənistan mediası olduqca maraqlı bir məlumatla çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, məlumatın mənbəyi Oragir.news saytıdır.

Sayt yazır ki, Azərbaycanla Ermənistan arasında bir sıra razılaşmalar əldə olunub, lakin bir müddətdən sonra rəsmi Bakı şərtləri dəyişib. İlkin şərt bu olub ki, Azərbaycan Laçın dəhlizinin müqabilində Ermənistandan Nnaxçıvanı birləşdirəcək Zəngəzur Dəhlizinin açılmasını və Kərki kəndi ilə Qazaxın 7 kəndinin geri verilməsini tələb edib. “Nikol Paşinyan bu tələblərin yerinə yetirilməsi ilə razılaşıb və Paşinyan “ənənəvi” texnologiyasından istifadə etmək qərarı alıb. Həmin qərara əsasən cəmiyyətdə məlumat ötürülür ki, guya Ermənistandan tələb olunur ki, öz suverenliyindən əl çəksin, dəhliz versin. Sonra dəhliz verəndən sonra elan edək ki, biz İttifaq dövlətindən imtina edə bildik, amma dəhlizi verməliydik. Burada təbii sual yaransa da, qərar qəbul edən tərəf Ermənistan olmayacaqsa, suverenlikdən imtina etmiş Ermənistandan necə dəhliz tələb edə bilərlər?”

Sözügedən sayt iddia edib ki, Azərbaycan artıq tələblərini dəyişib. Həmin məlumata görə, rəsmi Bakı İrəvandan yeni tələbi Ermənistanda da azərbaycanlıların yerləşdirilməsindən ibarətdir. “İndi İlham Əliyev tələb edir ki, Qarabağda nə qədər erməni yaşayırsa, Zəngəzurda da o qədər azərbaycanlı yaşamalıdır. Özü də həmin azərbaycanlıların Azərbaycan vətəndaşı olaraq orada məskunlaşdırılması tələbi irəli sürülüb. Yəni, Zəngəzura 120 min azərbaycanlı köçürülməlidir”.

Oragir.news saytı qeyd edir ki, bu plana qarşı Paşinyan elə də ciddi müqavimət göstərmir. “Lakin onun üçün qəribədir ki, Qarabağdakı ermənilər, xüsusən də Vardanyan həmin plana qarşı çıxır. Hətta onlar israr edirlər ki, hazırkı vəziyyətə dözəcəklər, lakin güzəştə getmək fikirləri yoxdur”.

Həmin məlumata görə, məhz bu səbəbdən Nikol Paşinyanın ailəsinə məxsis “Haykakan Jamanak” qəzeti Ruben Vardanyan əleyhinə məqalələr yaymağa başlayıb.

Qeyd edək ki, sözügedən qəzet Vardanyanın mülkləri və sərvəti barədə geniş məqalə ilə çıxış edib. Həmin yazıda vurğulanır ki, Vardanyan bu yaxınlarda vəzifəyə başladığı günə olan əmlakı və gəlirləri haqqında deklarasiyanı təqdim edib. “Konkret olaraq daşınmaz əmlak kimi: 5 mənzil, 1 mənzil (və binanın altındakı torpaq sahəsinin paylı mülkiyyəti, ümumi sahələr), 1 mənzil (ortaq mülkiyyət), 3 yaşayış evi, 1 yaşayış binası, 1 yardımçı tikili və ya tikili, 3 qaraj, 1 parketmə yeri, 2 parketmə yeri (ortaq mülkiyyətdə), 1 yay mətbəxi, 1 talvar, 1 mühafizə evi, 1 generator otağı, 7 torpaq sahəsi. Lakin bu daşınmaz əmlaklarının harada yerləşdiyi barədə açıq məlumat yoxdur”.

Vardanyan təqdim etdiyi deklarasiyada AUDI Q7 universal minik avtomobilini daşınar əmlak elan edib. “Təminat və ya investisiya növü kimi Vardanyan 3 səhm paketini açıqlayıb. O cümlədən, səhmlərdən birinin dəyəri 4 milyard 201 milyon 905 min rus rubludur. Digər pay yenə rublladır: 30 milyon 250 min 750. Üçüncü pay ABŞ dollarındadır: 330 milyon.

Vardanyan gəlir kimi 21 milyon 761 min 149 erməni dramı, 4 milyard 303 milyon 366 min 412 rus rublu, 17 milyon 48 min 387 avro, 0,23 İsveçrə frankı, 32 milyon 867 min 192 min ABŞ dolları, P27 milyon dollar, P27 milyon dollar və ya 19 milyon dollar, 0.33 Sinqapur Dolları. O cümlədən 21 milyon 761 min 149 erməni dramı, 10 min avro və 20 milyon 51 min 951 rus rublu əmək haqqı və ya ona bərabər tutulan digər ödənişlərdir”.

“Haykakan Jamanak” yazır ki, Vardanyan bu vəzifəyə 2022-ci ildə başlayıb. Rusiyanın ən varlı adamları siyahısında qeydiyyatdan keçən iş adamı, “Troyka Dialoq” investisiya təşkilatının təsisçisi olan sözügedən şəxs “Forbes”ə görə onun əmlakı və fəaliyyəti ilə bağlı qalmaqallı xəbərlər az olmayıb. “Xüsusilə, 2019-cu ilin martında “Troyka dialoq” vasitəsilə 9 milyard dollara yaxın pulun yuyulduğu məlum olub. Bu barədə Beynəlxalq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) bəyanatında deyilir. Araşdırma “Hetq” saytında yayılıb. Araşdırmada xüsusi olaraq qeyd edilib ki, “Troyka dialoq”un yuduğu pullar Rusiyada aşkarlanmış bir neçə cinayət işinin, o cümlədən Şeremetyevo hava limanında yanacaq fırıldaqçılığı işi və “Maqnitski işi”nin vəsaitlərinə yönəldilib. Buna görə, Sergey Maqnitskinin üzə çıxardığı vergi fırıldaqlarında iştirak edən şirkətlərdən “Troyka Laundry”yə 120 milyon dollardan çox pul köçürülüb. “Troyka Laundry”nin əsas şirkətlərindən müxtəlif şəxslərə və təşkilatlara: Ermənistanın “Acba-Credit Agricole Bank”, “Ameriabank” QSC, “Anelik Bank” QSC, “HSBC Bank Armenia”ya köçürmələr olub. QSC, “Armeconombank” ASC, “Unibank” ASC, “Nairit Factory” QSC və onun digər sahibi Rhinoville Property Limited -ə köçürmələr var. Həmçinin bu pullardan Erik Narsisyanın direktoru olduğu, eləcə də beynəlxalq iqtisadi konsaltinq xidmətləri göstərən Natan Associates Inc.-in hesabına köçürülüb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button