Dünya

Zelenski İsveçin Baş nazirilə müzakirə apardı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsveçin Baş naziri Ulf Kristersson arasında onlayn görüş olub.

Jamaz.info xəbər verir ki, bu barədə V.Zelenski “Telegram”da yazıb.

Dövlət başçısı bildirib ki, isveçli nazirlə cəbhədəki durum və mövcud vəziyyətin daha da gərginləşmə riskləri, eləcə də Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb:

“İsveçin Aİ Şurasına sədrliyi nəticəsində biz Aİ-yə üzvlüklə bağlı danışıqlara başlaya bilərik. Bu, cəmiyyətimizin ümumi istəyi olmaqla yanaşı, həm də ordumuz üçün motivasiya olar”.

Ukrayna Prezidenti həmçinin humanitar yardıma görə İsveç hökumətinə təşəkkürünü bildirib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button