ManşetÖlkə içi

Türkiyə Ermənistanla hava yolu ilə yükdaşınma qadağasını götürdü

Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib. 

Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, yükdaşımanın yaradılması ötən il iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında keçirilən görüşdə əldə olunmuş razılaşmalardan birinin nəticəsidir. “Üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanını təmin edən növbəti sazişin də ən qısa zamanda həyata keçiriləcəyini gözləyirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button