Dünya

Ukraynada hərbi vəziyyət elan olunur: 1 dekabrdan

Donbas ətrafında vəziyyət daha da gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ukrayna ordusu oktyabrın 26-dan etibarən mütəmadi olaraq separatçıların mövqelərinmi atəşə tutur.

İndiyə qədər bir neçə kənd və qəsəbənin işğaldan azad edildiyi deyilsə də, rəsmi olaraq təsdiqlənməyib. Bundan başqa, Ukrayna tərəfi separatçılara qarşı Türkiyədən aldığı “Bayraktar”lardan da istifadə edib.

Bu əsnada məlum olub ki, Ukraynanın prezidenti Aleksiy Zelinski dekabrın 1-dən ölkədə hərbi vəziyyət elan etməyi planlaşdırır. Bu barədə məlumatı isə Ukrayna Ali Radasının keçmiş deputatı, Radikal Partiyasının lideri Oleq Lyaşko yayıb.

Lakin Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Oleq Seminski deyib ki, ölkədə yalnız genişmiqyaslı işğal halında hərbi vəziyyət tətbiq edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Kiyev rəsmiləri Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşdığını bildirirb. Həmin açıqlamada deyilrdi ki, Moskva yanvar-fevral aylarında Donbas istiqamətindən hücuma keçərək, Ukraynanı iki yerə parçalamağı planlaşdırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button