Cəmiyyət

Elman Rüstəmov bu vəzifəsindən azad edildi

Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.
E. Rüstəmov toplantıda iştirak etməyib. M.Məmmədov daha əvvəl AŞF-nin vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.
Qeyd edək ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button