Dünya

Ukrayna ordusu rusların bir S-300 raketini, 10 PUA və 4 hərbi hissəsini vurdu

Bu gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Andreevka, Baxmut, Klişçievka, Krasnoqorovka, Maryinka, Ozaryanovka, Opıtnoye və Yakovlevka yaşayış məntəqələri istiqamətində Rusiya hərbçilərinin hücumlarını dəf edib. JAMAZ.İNFO Ukrayna Bbaş Qərargahına istinadən xəbər verir ki, düşmənin 4 istiqamətdə hücumunun qarşısı alınıb.

Həmin məlumata görə, Ukrayna ordusu rusların 4 hərbi birləşməsinə raket zərbələri endirib. Nəticədə, xeyli itki verən ruslar, həmçinin S-300 havadan müdafiə sistemini də itirməli olublar.

Rusiya isə Ukraynanın dinc əhalisini raketlə vurmaqda davam edir. Rəsmi məlumatlara görə, son sutka ərzində Rusiya Ukraynanın Kiyev, Vinnitsa, Lvov, Kirovoqrad, Zaporojye, Xarkov və Donetsk vilayətlərini vurub. İşğaılçıların atdıqları 67 qanadlı raket havada vurulub. Bundan başqa, rusların 10-a qədər “Lancet” tipli PUA-ları da zərərsizləşdirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button