Sosial

Yarasalarda daha bir virus aşkarlandı: “Kiwira”

Dünya Səhiyyə Təşkilatı (DST) bu ilin yayında apardığı araşdırma nəticəsində yarasalarda daha bir virus aşkarlayıb. JAMAZ.İNFO quruma istinadən xəbər verir ki, mütəxəssislər hazırda həmin virusun insana keçib, keçmədiyini dəqiqləşdirməyə çalışırlar.

Alimlər bildirib ki, araşdırmalar əsasən Tanzaniya və Demokratik Konqo Respublikasında aparılıb. “Kiwira” adlandırılan virusun HANTAVİRUS virus ailəsinə aid olduğu dəqiqləşib. Mütəxəssislər deyib ki, bu virusun insan üçün təhlükə yaratmasına dair hər hansı dəlil və sübut mövcud deyil. Lakin onun Hantavirus ailəsinə aid olması risklərdən xəbər verir.

Xatırladaq ki, iki ildən çoxdur dünyanı ağuşuna almış koronavirusun da ilk mənbəyi yarasalar olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button