Dünya

Ukrayna hərbi gəmilərini Azov dənizinə daşıyır

Ukrayna Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan hərbi gəmilər yaxın günlərdə Qara dənizdən çıxarılaraq, Azov dənizinə yerləşdiriləcək. JAMAZ.İNFO xəbər verir ki, bunu Ukrayna Radasının deputatı Aleksiy Qonçarenko bildirib.

O deyib ki, əsasən hərbi hissələr, katerlər və təchizat gəmilərinin yerdəyişməsi həyata keçiriləcək. “Xüsusilə, gəmilər Odessa, Nikolayev və Oçakovdan Berdyansk (Azov dənizindəki liman), həmçinin Odessadan Novı Belyarına (Yujnı limanı) daşınacaq”.

Deputat həmçinin Nikolayevdən olan hərbi hissənin Berdyanska köçürüləcəyinə dair sənəd də yayımlayıb. Bundan başqa, “Donbass” axtarış-xilasetmə gəmisi, “Lubnıy”, “Kremençuq”, “Vışqorod” və “Akkerman” kiçik zirehli artilleriya katerləri də Odessadan Azovdakı limanlara daşınacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button