AraşdırmaManşet

Ermənistanla sərhəddə nə baş verir? – TƏFƏRRÜAT

Artıq bir neçə gündür Azərbaycan-Ermənistan sərhəddində gərginlik pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfinin yeni mövqelər ələ keçirmək və təxribat əməllərinin qarşısını almaq üçün Azərbaycan Ordusu önləyici tədbirlər görür.

Qeyd edək ki, istər Azərbaycan, istərsə də Ermənistan Müdafiə Nazirlikləri sərhəddəki vəziyyətlə bağlı məlumatlar yaysalar da, təfsilatlar açıqlanmır. Xüsusən Azərbaycan tərəfi mümkün qədər təmkinli davranaraq, detallara geniş yer vermir.

Bəs, sərhəddə nə baş verir?

JAMAZ.İNFO-nun əldə etdiyi bəzi məlumatlardan belə anlaşılır ki, bir neçə gün əvvəl Kəlbəcərdə mühasirəyə düşən və rusların sayəsində xilas olan ermənilər dinc dayanmaq fikrində deyillər. Onlar ardıcıl olaraq Kəlbəcər və Laçın istiqamətində təxribatlara davam ediblər. Rəsmi Bakı artıq ikinci dəfədir ki, Ermənistanı xəbərdar edir və bildirir ki, əgər belə hallar davam edərsə, daha sərt cavab veriləcək. Yəni, bir daha olarsa, erməni əsgərləri məhv ediləcək.

Gələn xəbərlərdən və yayılan fotolardan anlaşılan odur ki, Azərbaycan Ordusu dünən Laçın istiqamətində mövqelərini 2 km-ə yaxın irəli çəkib. Əslində, bununla heç bir sərhəd pozuntusuna yol verməyib və Ermənistanın ərazisinə də daxil olmayıb. Sadəcə, Ermənistan razılaşmadığı üçün məcburi demarkasiya prosesi həyata keçirməli olub. Həmin xəbərlərə görə, dünən düşmən təxribatının qarşısını alan hərbçilərimiz 7-8 hərbi zirehli texnika ilə yeni mövqelərə yerləşib və orada müdafiə sistemləri yaratmağa başlayıb.

Analoji vəziyyət Kəlbəcər istioqamətində də yaşanır. JAMAZ.İNFO xəbər verir ki, Ordumuz düşmən təxribatının qarşısını alaraq, bir neçə mühüm yüksəklikdə qərarlaşıb və böyük bir ərazini müşahidəsi altına alıb. Ermənilər davamlı olaraq iki dəfə həmin mövqeləri geri qaytarmaq üçün cəhd etsələr də, istəklərinə nail olmayıblar.

Ermənistan tərəfi isə daha çox isterika və panika içindədir. Xüsusən baş nazir Nikol Paşinyana müxalif olan “Haystan” və “Şərəf Duyuram” bloklarının rəsmiləri müxtəlif xəbərlər yayırlar. Məsələn, dünən “Haystan” blokunun deputatları mətbuat konfarnsı keçirərək, Ermənistanla Azərbaycan arasında gizli şəkildə delmitasiya və demarkasiya proseslərinin həyata keçirildiyini iddia ediblər.

“Şərəf Duyuram” fraksiyasının deputatı Tiqran Abramyan isə bildirib ki, Azərbaycan son bir neçə addımı ilə özünün minimal problemlərini həll edib. “Azərbaycan Ordusu qısa müddətdə sərhədboyu bütün strateji yüksəkliklərə sahib oldu. Ermənistan hakimiyyəti bu prosesi dayandırmalıdır. Yoxsa, daha ciddi itkilərlə üz-üzə qalacağıq”.

Politoloq Avetik İşxanyan isə daha irəli gedərək, Azərbaycanı “işğalçılıq”da ittiham edib. O deyib ki, Azərbaycanın son hərəkətləri Süniki “işğal” edir. “Azərbaycan hal hazırda Süniki işğal edir. Qafan-Mehri yolu ilə Cermux, habelə Sisyan istiqamətində bir neçə kilometr irəliləyib. Bu zaman onlara nə müqavimət göstərilib, nə də bir güllə atılıb. Ermənistan Müdafiə Nazirliyi isə vəziyyətin stabil olduğunu deyir. Əslində isə yalan danışır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button