Dünya

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır

Rusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Bunu təkcə iqtisadiyyatın hərbi müstəviyə keçməsi deyil, həm də Gerasimovun işğalçı qüvvələrin yeni komandanı təyin olunması sübut edir.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Putinin Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi sənaye kompleksini yenidən təşkil etmək üçün gördüyü tədbirlər Rusiyanın hərbi vəziyyətə keçirilməsinin hazırlığına işarədir” – deyə məlumatda bildirilir.

Kəşfiyyatçıların fikrincə, bu tədbirlər RF silahlı qüvvələrinin potensialını gücləndirmək və müharibənin lap əvvəlində planlaşdırılan, lakin Rusiya işğalçı qüvvələri tərəfindən uğursuz həyata keçirilən əməliyyatların aparılması üçün şərait yaratmaq məqsədi daşıyır.

“İşğalçı ölkənin Ukraynada müharibənin davam etdirilməsi üçün bütün hərbi resursları cəlb etmək cəhdləri və bu yaxınlarda Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi Gerasimovun yeni komandan təyin olunması təkcə Rusiyanın hərbi uğursuzluqlarına dəlalət etmir, həm də Rusiya Federasiyasının genişmiqyaslı və uzunmüddətli müharibəni davam etdirməyə hazırlığına istiqamətlənib”, – deyə bəyanatda vurğulanıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button