Dünya

Rusiya Kiyevi “İskəndər”lə vurdu

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayışlar olub.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar “İskəndər” raketləri ilə həyata keçirilib.

Raket hücumlarından sonra ərazidə hava hücumu xəbərdarlığı elan olunub. Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, raketlərdən biri strateji infrastruktura dəyib.

Kiyev şəhər meri Vitali Kliçko isə teleqram səhifəsində partlayışın Dnepr rayonu ərazisində baş verdiyini açıqlayıb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button