Dünya

Rusiya Ermənistan üçün Xarici Kəşfiyyat Xidməti yaradır?

“Ermənistan və Rusiyanın həll etməli olduqları bir sıra ümumi vəzifələr var”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin deyib.

O bildirib ki, əgər Ermənistan ayrıca xarici kəşfiyyat xidməti yaradarsa, Rusiya bu məsələdə bütün dəstəyi verməyə hazıdır. Narışkinin fikrincə, ayrıca xarici kəşfiyyat xidmətinin yaradılması və ya yaradılmaması təbii ki, Ermənistanın siyasi rəhbərliyinin səlahiyyətindədir. “Rusiya, onun Xarici Kəşfiyyat Xidməti, istənilən halda, erməni həmkarlarımızla hansı formatda işləyiriksə, biz istənilən metodiki yardımı, dəstəyi göstərəcəyik. Biz bu günə qədər qarşılıqlı əlaqədə olduğumuz kimi etibarlı və ardıcıl əməkdaşlıq edəcəyik”.

O əlavə edib ki, Ermənistan və Rusiyanın həlli vacib olan çoxlu ümumi vəzifələr var.

Bundan əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə bəyan etmişdi ki, Təhlükəsizlik Şurası Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə bağlı tərəfdaşlarla məsləhətləşmələrə başlayıb. Bundan əlavə, hələ ötən ilin avqustunda baş nazir Nikol Paşinyan hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən hakimiyyətin beş il ərzində Xarici Kəşfiyyat Xidmətini formalaşdıracağını bəyan etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button