Dünya

Qərbdən çağırış: Rusiyaya elektronika ixracını dayandırın

Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya “kritik mallar”ın ixracını dayandırmağa çağırıb.

Jamaz.info xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.

Nəşr bildirir ki, Qərb BƏƏ-nin tədarük etdiyi elektronika məhsullarının Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə oluna biləcəyindən ehtiyat edir. Məlumata görə, Birləşmiş Ştatlar, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya rəsmiləri son həftələrdə BƏƏ-yə səfər edib və ölkə rəsmilərinə sanksiyaları pozmamaq üçün təzyiq göstəriblər.

Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildə BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı yeddi dəfədən çox artaraq təxminən 283 milyon dollara çatıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button