Dünya

Lavrov G20 sammitində Qərbi tənqid etdi

Rusiya XİN başçısı Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən G20 sammitində çıxış edib.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, nazir çıxışının əsas hissəsini Qərbin tənqidinə həsr edib.

“Bir sıra Qərb nümayəndə heyətləri iqtisadiyyatdakı uğursuzluqlarına görə məsuliyyəti Rusiya Federasiyasının üzərinə atmaq istəyir. Rusiya “Şimal axını”nda törədilən təxribatın tez və doğru şəkildə araşdırılmasında israrlıdır. Rusiya Federasiyası inkişaf etməkdə olan ölkələrin BVF, Dünya Bankı və ÜTT-də rolunun artırılmasının tərəfdarıdır. Qərb Rusiya Federasiyasının kənd təsərrüfatı məhsullarının ixracı üçün maneələr yaradır”, – deyə Lavrov söyləyib.

“Rusiya BRİCS, ŞƏT, Aİİ çərçivəsində müstəqil ödəniş sistemləri formalaşdırmaq və milli valyutalarda hesablaşmaları genişləndirmək iqtidarındadır”, – xarici işlər naziri əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button