Dünya

Papikyan yenə sərhəddə gəldi

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün yenidən Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkib. JAMAZ.İNFO xəbər verir ki, erməni nazir hərbçilərin təminatı, döyüş hazırlığı vəziyyəti və digər məsələlərlə maraqlanıb.

Bundan sonra, Kəlbəcər istiqamətində yerləşən II ordu komandanlığı ilə müşavirə keçirib.

Qeyd edək ki, Papikyan iyulun 15-dən etibarən mütəmadi olaraq, Kəlbəcərlə sərhəddəki hərbi hissələrə səfərlər edir. Ermənistanın müdafiə nazirinin belə bir addım atmasının səbəbi dəqiq bilinmir. Lakin gedişat göstərir ki, Ermənistan tərəfi yaxın vaxtlarda təxribat xarakterli addımlar atmağı planlaşdırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button