ManşetÖlkə içi

Ağdərəyə gedən rus sülhməramlılarının maşınından qanunsuz silah çıxdı: Əsgərlərimiz rusları Qarabağa buraxmadı

Qarabağda qalmaqallı hadisə yaşanıb. JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Past” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan hərbçiləri dünən bölgədə müvəqqəti yerləşmir rus sülhməramlılarını Ağdərə istiqamətində hərəkət etməsinə icazə verməyib.

Belə ki, hadisə dünən saat 17:15 radələrində sülhməramlılar Ağdamdan Ağdərəyə gedərkən baş verib. Rus sülhməramlılarına məxsus BTR 82A zirehli texnika və 3 “Ural” markalı avtomobil Azərbaycan postunda saxlanılıb və yüklərə baxış keçirilib. Baxış zamanı avtomobillərdən birində daşınan çarpayı döşəyinin altından “Kalaşnikov” markalı avtomat silah aşkarlanıb. Həmin silahın maşınlardakı heç bir hərbçiyə məxsus olmadığı dəqiqləşdikdən sonra Azərbaycan əsgərləri rus sülhməramlılarının Ağdərəyə getmələrinə icazə verməyib və onları geriyə, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə geri qaytarıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button