Dünya

İranda daha bir sui-qəsd: atom mühəndisi “qəza”da öldü

Bir neçə gün əvvəl İranın paytaxtı Tehranda SEPAH-ın polkovniki suiqəsd nəticəsində öldürülmüşdü. JAMAZ.İNFO xəbər verir ki, həmin hadisənin kimlər tərəfindən törədildiyi bu gün də müəmma olaraq qalır. Hərçənd rəsmi Tehran polkovnikin qatillərini axtardıqlarını və bunun qisasının alınacağını bəyan edib.

Bu gün isə İranda daha bir müəmmalı qəza baş verib. Belə ki, ölkənin nüvə araşdırmaları mərkəzi hesab olunan Parçin məntəqəsindəki hərbi bazada baş verən qəzada bir mühəndis ölüb, biri isə ağır yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

İran rəsmiləri də bununla bağlı ütülü xəbər yaymaqla kifayətləniblər. Lakin özəl mənbələrin yaydığı xəbərlərdə deyilir ki, qəzada ölən mühəndis İranın ən seçilmiş nüvə mütəxəssislərindən biri olub. Elə yaralanan şəxs də əsas fiqurlardan biri hesab olunur.

Hadisənin qəza deyil, sui-qəsd olduğunu iddia edənlər də var. Daha doğrusu, əksər iranlı ekspertlər üzük qaşı kimi əhatəyə alınmış və ciddi şəkildə qorunan hərbi bazada qəzanın baş vermə ehtimalına inanmırlar. Onlar deyirlər ki, bu hadisə xarici xüsusi xidmət orqanları tərəfindən törədilmiş sui-qəsddir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button