ManşetÖlkə içi

Xankəndidə yürüş-mitinq keçiriləcək: Separatçılar dinc oturmaq fikrində deyil

Qarabağdakı erməni separatçıları dinc oturmaq fikrində deyillər. JAMAZ.İNFO xəbər verir ki, onlar bu dəfə Xankəndidə yürüş keçirməyi qərarlaşdırıblar.

Belə ki, “Qarabağ naminə Laonu oyat” adlı yürüş mayın 28-də saat 17:50-də “Müqəddəs Akop” kilsəsindən başlayıb, “Dirçəliş” adlı meydanda bitəcək. Yürüşün əsas məqsədi Qarabağın Azərbaycanın tərkib hissəsin olmadığı səfəsəfəsini yaymaq və “nümyiş” etdirmək, habelə Brüssel görüşünə etirazdır.

Qeyd edək ki, Qarabağdakı separatçılar son Brüssel görüşündən sonra ciddi şəkildə narahatdırlar. Hətta bir çoxları aqibətlərinin yaxşı olmayacağını dilə gətirirlər. Bu cür aksiyalar isə “biz də varıq” deməkdən başqa bir şey deyil. Çünki bütün danışıqlarda onlarla nə hesablaşan var, nə də hesablaşmaq fikrində olan. Azərbaycan bəyan edib ki, Qarabağ ölkənin ərazisidir və orada yaşayan ermənilər də vətəndaş hesab olunurlar. Bbunu istəməyənlər isə ölkədən çıxıb gedə bilərlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button