Dünya

“Dövlət borcumun ölçüsü önəmli deyil” – Ermənistanın dövlət borcu həddi aşdı

Ermənistanın dövlət borcunun artması bu ölkənin iqtisadçılarını ciddi şəkildə narahat etsə də, baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında təşvişə düşməməyə çağırıb.
Jamaz.info xəbər verir ki, Paşinyan Nazirlər Kabinetinin iclasında qeyd edib ki, dövlət borcunun ölçüsü önəmli deyil, vacib olan borcun ÜDM-ə nisbətidir:

“Bu gün bizdə dövlət borcunun ÜDM-ə nisbəti 50 faizdir. Bu isə yumşaq desək, müsbət göstəricidir”.

Sonra baş nazir dövlət borcununun məbləğindən danışıb.

“Madam ki, spekulyasiyalar da çoxdur, deyirlər ki, vay, Ermənistanın milli borcu nə bilim 7 milyarda çatıb və s… Hə, neçə milyard olub?”, – deyə Nikol Paşinyan maliyyə nazirinə müraciət edib.

Maliyyə naziri Tiqran Xaçatryan ilin sonunda dövlət borcunun 10 milyarddan bir qədər çox olacağını bildirib.
“Bəli, 10 milyard… Amma bu rəqəm önəmli deyil, vacib olan dövlət borcunun ümumi daxili məhsula nisbətdə həcmidir” deyərək Paşinyan yenidən özünə təsəlli verməyə çalışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button