Dünya

Molle rejimi Kürdistandakı aksiyaçıları “separatçı” adlandırdı: Bir həftəyə 40 qətl

İrandakı molla rejiminə qarşı əhalinin etirazları davam edir. Sentyabrın 17-dən start götürən proseslər bütün ölkəyə yayılıb və hazırda bütün şəhərlərdə pik həddə çatıb.

JAMAZ.İNFO xəbər verir ki, İranın prezidenti İibrahim Rəisi öz çıxışında əhalinin etiraz etməsinə qarşı olmadıqlarını deyib. Lakin o, bəzi şərtlərinin də olduğunu deyib. “Hakimiyyət olaraq müxalifətin etirazlarına qarşı deyilik. Lakin etirazla xaos və iğtişaş arasında fərq var. Xaos həm dialoqu,həm  də inkişafı əngəlləyir”.

O deyib ki, İrana qarşı olan qüvvələr hazırda hibrid müharibəsinə start veriblər. Onun sözlərinə görə, həmin qüvvələrin əsas hədəfi islam inqilabı və onun təməl prinsipləridir. “Bunun qarşısını almağın yeganə yolu xalqın maddi rifahını, iqtisadiyyatı və sosial problemləri tez bir zamanda aradan qaldırmaqdır”.

Qeyd edək ki, rəsmi Tehran bu gün aksiyaların ən aktiv olduğu Kürdüstan bölgəsində küçələrə çıxaraq, molla rejiminə etiraz edən kütləni “separatçı” adlandırıb. SEPAH-ın açıqlamasında bildirilir ki, İran hakimiyyəti Kürdistanda baş verənlərin qarşısını almaq üçün lazım olan bütün addımları atacaq.

Bildirək ki, molla rejimi hazırda Kürdstan vilayətində SEPAH-ın əli ilə insanların qanını tökməkdədir. Mahabad, Saqqız, Banə, Piranşəhr və digər kürd şəhərlərində dinc etirazçılara atəş açılması və son bir həftə ərzində isə 40 nəfərin öldürürldüyü artıq BMT tərəfindən də təsdiqlənib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button