Dünya

Cinpin Moskvaya nə məqsədlə gedir?

Çin prezidenti Si Cinpinin yaxın günlərdə Moskvaya səfəri başlayır.

Jamaz.info “CNN Türk” kanalına istinadən xəbər verir ki, Çin prezidenti Si Cinpin martın 20-22-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Moskvaya gedəcək.

Ukraynada müharibənin davam etdiyi bir vaxtda ediləcək səfər Pekindən Moskvaya “güclü dəstək” kimi şərh edilir.

Kremldən verilən açıqlamada bildirilib ki, Si Cinpin və Vladimir Putin səfər zamanı iki ölkə arasında strateji əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Həmçinin iki ölkə arasında mövcud əməkdaşlığı dərinləşdirən bir sıra sazişlərin imzalanacağı vurğulanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button