Ölkə içi

Deputat məscidlərlə bağlı təklif irəli sürdü

“Prezident İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi ilə çoxlu sayda məktəb təmir və bərpa olunub. Lakin bu gün rəsmi məlumatlara əsasən ölkəmizdə 800-ə yaxın təmirsiz məktəb var”.

Jamaz.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Əlbəttə bunların hamısını bir ilə təmir və bərpa etmək mümkün deyil. Ancaq hesab edirəm prosesi daha da sürətləndirə bilərik. Mən bölgələrə davamlı səfərlər edirəm. Bəzi məktəblərin həqiqətən vəziyyəti çox ağırdır”.

Deputat, həmçinin məscidlərin dövlətin balansına verilməsinə və hər bir məscidin dövlət tərəfindən maliyyələşdirilməsinə ehtiyac olduğunu bildirib: “Bu gün əksər məscidlərin maliyyələşdirilməsində, kommunal xərclərin ödənilməsinə bir sıra çətinliklər var. Ancaq bu məsələnin sistemli həllinə ciddi ehtiyac var. Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Ancaq nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button