Dünya

Bu ölkələr NATO-ya üzv olacaq

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin yekunlaşacağını açıqlayıb.

Jamaz.info xəbər verir ki, o, Türkiyənin buna razılıq verəcəyindən əminliyini ifadə edib.

“Mən əminəm ki, bu ölkələrin üzvlük prosesi sona yetəcək. Türkiyə də, digər ölkələr də bu qərarı qanunverici orqanlarında təsdiqləyəcəklər”, – deyə Stoltenberq bəyan edib.

Qeyd edək ki, bu gün NATO və Avropa İttifaqı arasında birgə bəyannamə imzalanıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button