Dünya

Bu ölkə də Rusiyanın 8 milyard dollarını blokladı

İsveçrə hökuməti Rusiyanın 7,5 milyard frank (8,1 milyard dollar) dəyərində aktivlərini bloklayıb.

Jamaz.info bu barədə xəbər verir ki, ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Markus Sporndliyə istinadla xəbər verir.

Bununla yanaşı, Sporndli qeyd edib ki, ölkənin İqtisadiyyat Nazirliyi “Credit Suisse” tərəfindən 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində Rusiya aktivlərinin bloklanmasına münasibət bildirməkdən çəkinir.

Onun sözlərinə görə, “Credit Suisse”nin açıqladığı məlumatlara təkcə İsveçrə sanksiyaları səbəbindən bloklanan vəsaitlər deyil, həm də digər ölkələrdə sanksiyalara məruz qalan şəxslərə və təşkilatlara məxsus vəsaitlər daxildir. “Ona görə də İqtisadiyyat Nazirliyi bu məlumatlara münasibət bildirə bilməz”, – o əlavə edib.

“Credit Suisse” tərəfindən dondurulan vəsaitlərin təxminən 4 milyard frankı, qeyd edildiyi kimi, İsveçrə sanksiyalarına məruz qalmış vətəndaşlara, qalan hissəsi isə digər dövlətlər tərəfindən məhdudiyyətlərə məruz qalan insanlara məxsusdur. Bu məbləğə Rusiya Federasiyası Mərkəzi Bankının bloklanmış vəsaitləri də daxildir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button