Dünya

Ərdoğan dağıntılardan sağ çıxarılanların sayını açıqladı

Türkiyədə baş verən zəlzələ zamanı dağılan binaların dağıntıları altından 8 min nəfərdən çox insan xilas edilib.

Jamaz.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumət Zirvəsinə göndərdiyi videomüraciətdə bildirib.

Onun sözlərinə görə, zəlzələdə xəsarət alan 81 mindən çox vətəndaşın böyük hissəsini evə buraxılıb.

“Qalanların müalicəsinə davam edirik. Biz təkcə ölkəmizdə deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşirik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə dağılmış minlərlə binanın dağıntılarını təmizlədikcə itkilərimizin sayı da artır”, – Ərdoğan deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button