Dünya

Belarusun “Polşanı cəzalandırın” tələbinə belə cavab gəldi

Belarus Liberal Demokrat Partiyası (LDPB) Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək Polşa hakimiyyətinin “Belarusa qarşı təcavüz aktı hazırladığına” görə məsuliyyətə cəlb olunmasını tələb edib.

Jamaz.info xəbər verir ki, LDPB məhkəməyə verdiyi bəyanatda Polşanı “qonşu dövlət üzərində nəzarəti bərqərar etmək və silahlı qüvvələrdən istifadə etməklə Belarusun konstitusiya quruluşunu dəyişdirmək” məqsədi daşıyan silahlı qruplaşmalar yaratmaqda ittiham edib.

Müraciətdə, həmçinin qeyd olunur ki, “Polşa ərazisində döyüş hazırlığı mərkəzlərinin yerləşdiyi dəqiq məlumdur, burada təkcə polşalılar deyil, həm də amerikalı hərbi təlimatçılar, habelə NATO-nun Şimali Atlantika Alyansının digər ölkələrindən olan mütəxəssislər çalışır”. LDPB hesab edir ki, bu, Polşa tərəfindən “təcavüz aktıdır”.

Yanvarın 31-də Beynəlxalq Cinayət Məhkəməsi Minskin ittihamlarının “məhkəmənin yurisdiksiyasından kənara çıxdığını” və əlavə təhlil üçün heç bir əsasın olmadığını bildirib.

“Beynəlxalq Cinayət Məhkəməsi ona çox spesifik və diqqətlə müəyyən edilmiş yurisdiksiya və mandat verən Roma Statutunu rəhbər tutur. Roma Statutunun əsas xüsusiyyəti odur ki, məhkəmə şəxslər üzərində yurisdiksiyanı yalnız ən ciddi işlərdə həyata keçirə bilər: ümumən beynəlxalq ictimaiyyəti narahat edən cinayətlər. Yəni soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri. Hazırda mövcud olan məlumatlara əsasən, sizin ünsiyyətinizdə təsvir olunan davranış bu sərt təriflərə aid edilmir”- cavabda deyilir.

LDPB sədri Oleq Qaydukeviç bildirib ki, bu cavab heç kəsi təəccübləndirmədi.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button