Dünya

ABŞ dünya üçün problem mənbəyidir – Çin XİN

Antoni Blinkenin Çinin Rusiyaya ağır silahlar tədarük edəcəyi ilə bağlı iddiaları əsassızdır.

Jamaz.info “CNN Türk” kanalına istinadən xəbər verir ki, bunu mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib. O, ABŞ dövlət katibi Antoni Blinkenin iddialarını təkzib edib.

Venbin ABŞ-ın əsl mahiyyətini, onun dünya üçün problem mənbəyi olduğunu göstərmək üçün kifayət qədər dəlil olduğunu söyləyib.

O, ABŞ-ın Rusiya-Ukrayna döyüş bölgəsində ən böyük “silah mənbəyi” olduğunu vurğulayaraq, Ukraynaya 500 milyon dollarlıq silah yardımı edəcəyi barədə bəyanatı xatırladıb.

Venbin ABŞ-ın Əfqanıstandakı strategiyası ilə də bağlı açıqlama verib:

“ABŞ-ın Əfqanıstanda “son Əfqan kimi mübarizə” strategiyası ilə nə etdiyini hamımız gördük. İndi o, Ukraynanın “son ukraynalıya qədər vuruşmasını” istəyir? “Biz ABŞ-ın Çin-Rusiya münasibətlərini ittiham etməsini və hətta təzyiq göstərməsini qəbul etmirik”.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button