Dünya

Ərdoğan: “Sinan Oğanla heç bir şeyin bazarlığı olmayıb”

Dünən ATA İttifaqının Türkiyədə keçirilən son prezident seçkilərində namizədi olmuş Sinan Oğan mayın 28-də keçiriləcək ikinci tur seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Oğan seçkilərdə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bəyan edib.

Dünən TRT kanalına açıqlama verən Ərdoğan isə Oğanla görüşləri barədə məsələyə aydınlıq gətirib. Dövlət başçısı deyib ki, Sinan Oğanla aralarında heç bir bazarlıq olmayıb. “Onun ifadə etdiyi bəzi məsələlərə aydınlıq gətirdik. Düşünürəm ki, bu qüvvələrin birliyi millətimizə xeyir verəcək. Sığınacaq axtaranlara gəlincə, artıq 450 min qaçqın öz evlərinə qayıdıb. Hədəfdə 1 milyon qaçqını öz evlərinə qaytarmaq planı var. Onların ölkələrinə etimad mühitində qayıtmaları üçün səy göstərəcəyik. Türkiyə dövlətləri ilə, o cümlədən qardaşım İlham Əliyevlə görüşlərimiz oldu. Bunlar türk dünyasına qarşı həssaslığımızın ən gözəl nümunələridir. Sinan bəylə aramızda heç bir bazarlıq olmayıb. Müxalifət bu kimi şeylər üzərində spekulyasiyalar edir. Belə bir müraciət olmayıb. Fövqəladə Hallar Nazirliyinin qurulması kimi bir qətiyyət var. AFAD var, amma nazirlik səviyyəsində deyil. Bunları prinsipcə nəzərdən keçirmək olar. Nazirlik olaraq sabah bir gün gündəmə gələ bilər. Dərnəkdən başlayıb AFAD-a çevrildi, indi nazirlik ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button