Cəmiyyət

Azərbaycanlı deputatın həbs müddəti uzadıldı

Rusiyada saxlanılan azərbaycanlı iş adamı, deputat İxtiyar Mirzəyevin həbs müddəti uzadılıb.

Jamaz.info xəbər verir ki, məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha üç ay müddətinə uzadılmasına qərar verib.

Qeyd edək ki, İxtiyar Mirzəyev sahibi olduğu “Poliqon” gecə klubundakı yanğın səbəbindən həbs olunub. Noyabrın 5-də baş vermiş yanğında 15 nəfər həyatını itirib.

Xatırladaq ki, İxtiyar İldır oğlu Mirzəyev 1969-cu il martın 8-də Azərbaycanın Yardımlı rayonunun Ostair kəndində anadan olub. O, 2015-ci ildən VI çağırış Kostroma Regional Dumasının deputatıdır.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button