Siyasət

Ramiz Mehdiyevin general oğlu istefaya göndərilir

Azərbaycanda ataların cəzasını oğulların çəkməsi ilə bağlı çoxillik tendensiya mövcuddur. Hazırda məhbus həyatı yaşayan keçmiş icra başçılarının və işdən qovulmuş digər yüksək rütbəli keçmiş məmurların timsalında biz bunun şahidi olmuşuq.
Heç kimə sirr deyil ki, bu tendensiyanın əsasını Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev qoyub. O, vəzifədə işlədiyi uzun illər ərzində özünə rəqib bildiyi şəxsləri işdən çıxarmaqla, yaxud məhbəsə göndərməklə kifayətlənməyərək, onların övladlarını da cəzalandırıb.
Maraqlıdır, bəs Ramiz Mehdiyevin gənc yaşlarında general rütbəsinə sahiblənmiş oğlu Teymur Mehdiyev necə vəzifəsini qoruya bilir?
Niyə atasının əsasını qoyduğu bu “ənənə” 38 yaşında general olmuş və hazırda Fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğul Mehdiyevə şamil olunmur?
Jamaz.info “Yeni Sabah”a istinadla bildirir ki. dünyanın hər yerində mənfi hal kimi qiymətləndirilən bu tendensiyadan Teymur Mehdiyev də öz “nəsibini” almaq üzrədir.
Məlumatlı şəxsin sayta bildirdiyinə görə, oğul Mehdiyev yaxın vaxtlarda tutduğu postla vidalaşmalı olacaq. Mənbə Teymur Mehdiyevin atasının “vurulmasından” sonra vəzifəsini qoruya bilməsini FHN başçısı Kəmaləddin Heydərovla bağlı siyasi qərarın gecikməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində köklü kadr dəyişiklikləri baş verəcək. Nazir K.Heydərov, müavinləri və qurumda yüksək vəzifə tutan digər rütbəli şəxslər kollektiv şəkildə istefaya göndəriləcək.
“Biz bu prosesi Dövlət Gömrük Komitəsinin simasında müşahidə etdik. Səfər Mehdiyev işdən çıxarılandan sonra əvvəlcə onun müavinləri, sonra isə DGK-da yüksək vəzifə tutan digər şəxslər istefaya göndərildi. Eyni halın FHN-nin timsalında yenidən təkrarlanacağı şübhə doğurmur”, – deyə mənbə fikrini tamamlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button