ManşetSiyasət

Qarabağda yeni “İctimai Şura” yaradılıb: Bakı danışıqları onlarla aparacaq?

Son günlər Qarabağda yeni bir təşkilat yaradılıb və onunla bağlı Ermənistan müxalifətində ciddi narahatlıq var. JAMAZ.İNFO xəbər verir ki, “İctimai Şura adlanan bu qurum artıq separatçıların rəhbəri Arayik Harutyunyanla da görüşərək, ondan son İrəvan danışıqlarının nəticələri barədə məlumat alıb.

Ermənistan müxalifətinin narahat olduğu əsas məqam odur ki, yeni yaradılmış İctimai Şura qısa müddətdə nüfuz qazanıb. Üstəlik, onun başında indiyə qədər Ermənistanın Qarabağa dair siyasətini bircə dəfə də tənqid etməyən Armen Gevorgiyan dayanır. Erməni tərəfi iddia edir ki, Gevorgiyan Paşinyanın yaxın adamı olmaqla yanaşı, həm də Soros Fondu ilə olduqca yaxındır.

“Past” qəzeti bununla bağlı yazır ki, Qarabağdakı İctimai Şura məqsədli şəkildə yaradılıb. Qəzetin məlumatına görə, bu şura Azərbaycanın tələbi ilə, gələcəkdə danışıqlar aparmaq üçün təsis edilib. Belə ki, rəsmi Bakı Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə Qarabağda yaşayan ermənilərlə danışıqlar aparmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün lazım olan addımları atmağa hazır olduğunu bəyan edib. Hətta bu yaxınlarda Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşmanın yazılı forması da üzə çıxmışdı. Və orada Azərbaycan Qarabağ erməniləri ilə müzakirələrdən qaçmadığını vurğulayıb.

Erməni tərəfi də bunu əsas götürərək, yeni yaradılmış İctimai Şuranın məhz həmin danışıqların aparılması üçün tərəf kimi ortaya atıldığını iddia edir. “Qarabağdakı İctimai Şura birbaşa Azərbaycanla danışıqlar aparmaq üçün yaradılıb. Çünki Bakı birmənalı olaraq Qarabağdakı rejimi qəbul etmir, onlarla danışıq aparmaq fikrində də deyil. Ona görə də, sabah Azərbaycanın tələbi ilə Qarabağda dövlət qurumları dağıdılanda, prezident istefa verəndə, parlament buraxılanda idarəçilik müstəqil qurum olan İctimai Şuraya keçəcək və danışıqlar da onlarla aparılacaq”.

“Past” onu da yazır ki, yeni yaradılmış İctimai Şurada maraqlı adamlar da təmsil olunublar. Məsələn, onların arasında Qarabağda millətçi baxışları olan “məmurlar”a qarşı mübarizə aparan, Vitali Balasanyanın istefasını tələb edən QHT sektorunun nümayəndələri də var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button