DünyaManşet

Zatulindən sonra Simonyana da Ermənistana giriş qadağan edildi

Ermənistan hakimiyyəti son zamanlar Rusiyanın aparıcı şəxslərinin ölkəyə girişinə qadağalar qoyur. JAMAZ.İNFO xəbər verir ki, dünən Rusiya Dövlət Dumasının deputatı, KTMT-dəki nümayəndəsi Konstantin Zatulinin İirəvana gəlişinə yasaq qoyulub.

Zatulin bununla bağlı açıqlama yayaraq, Ermənistan parlamentinin spikeri Alen Simonyanın ona məktub göndəridiyini bildirib. O qeyd edib ki, həmin məktubda son çıxışlarından İrəvanın narahat olduğu və münasibətlərə zərər vurduğu yazılıb.

Bu gün isə məlum olub ki, Rusiya prezidentinin əsas adamı, Kreml hakimiyyətinin əsas təbliğatçısı olan jurnalist, “Rusiya bu gün” media qrupun və RT kanalının rəhbəri, Marqarita Simonyana da Ermənistana giriş qadağan edilib. Bu barədə yazan Simonyan onu hansı səbəbdən “qara siyahı”ya saldıqları barədə məlumat verməyib. “Erməniləri, Ermənistanı uzun illər şövq və aktiv şəkildə dəstəkləyən Konstantin Zatulinə İrəvan hakimiyyəti qadağa qoyub. Onu da deyim ki, mənə də Ermənistana giriş qadağan olunub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button