GündəmManşet

Vardanyan Qarabağdakı missiyası məlum oldu: büdcə və maliyyə işləri ona tapşırılıb

Bir müddətdir Qarabağ ətrafında baş verən proseslər fonunda yeni fiqurun meydana çıxdığı müşahidə olunur. Daha doğrusu, Rusiya vətəndaşlığından imtina edərək, Qqarabağa köçən milyarder Ruben Vardanyan noyabrın 1-dən etibarən separatçıların “dövlət naziri” kimi fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Vardanyanın Qarabağa köçməsi və “vəzifə” tutması ilə bağlı iki versiya var. Birinci versiya, onun Rusiya tərəfindən Qarabağa göndərilməsidir. Ki, böyük əksəriyyət Vardanyanın qısa müddətdə bütün təşəbbüsləri ələalacağını düşünür.

İkinci versiya isə odur ki, Qərbin sanksiyalarına məruz qalan Vardanyan həm pullarını xilas etməyə, həm də indiyə qədər məşğul olduğu “çirkli pulların yuyulması” prosesini Qarabağ üzərindən həyata keçirməkdir.

Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır ki, Vardanyanla Arayik Harutyunyan arasında sentyabrdan başlayan danışıqlar əvvəlcə nəticə verməyib. “Arutyunyan Vardanyana deyib ki, əgər o, bu vəzifədə uğurlu çıxış edə bilsə, o zaman biznesmenə böyük səlahiyyətlər verəcək. Arutyunyanın təklifindən ruhlanan Vardanyan Qarabağ administrasiyasının maliyyə hissəsini “geniş səlahiyyətlər”in bir hissəsi kimi nəzərdə tuturdu və ona rəhbərlik etmək istəyirdi. Lakin Arutyunyan bununla razılaşmayıb və həmin insident-söhbət prosesin ləngiməsinə səbəb olub”.

Qəzet yazır ki, sonda Arutyunyan və iş adamı Vardanyan təsir dairələrinin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər. “Büdcəyə nəzarət funksiyası və qüvvələrin idarə olunması barədə anlaşıblar”.

Qeyd edək ki, Vardanyanın büdcə məsələsini əlində saxlamaq təklifi belə deməyə əsas verir ki, onun hədəfi heç də Qarabağda hansısa “idarəetmə” prosesində iştirak etmək deyil. Eyni zamanda, maliyyəyə nəzarət etməklə yanaşı, həm də pulların yuyulması prosesini təşkil etmək və ya davam etdirməkdir. Təbii ki, burada Rusiyanın maraqlarının qorunması da istisna deyil. Yəni, Kremlin verdiyi tapşırıqların icrası da diqqət mərkəzində olacaq. Lakin görünən odur ki, maliyyə maraqları rusların istəklərindən daha irəli keçib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button