Sosial

“Şirkətləri mediada reklam verməyə təşviq etmək lazımdır” – Deputat

Biznesləri mediada reklam yerləşdirməyi təşviq etmək lazımdır.

Jamaz.info-nun məlumatına görə, bunu bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əsas problemlərdən biri yazılı və ixtisaslaşmış medianın reklam gəlirlərinin kifayət qədər az olmasıdır.

O bildirib ki, il ərzində reklam gəlirlərinin əhəmiyyətli hissəsi televiziya və radioların payına düşür: “Gələcəkdə qeyd etdiyim media sahələrinə reklam verən şirkətlərə vergi güzəştləri və ya hər hansı formada güzəştlər olunmalıdır. Hazırda isə biznes üçün çox da fərq etmir media vergiyə cəlb olunur ya olunmur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button