Sosial

Ramil Yusifov Azərişıq ASC-yə sədr olmağa hazırlaşır: Qapalı toplantıda nə danışılıb?

Yeniçağ.az saytı yazır ki, Azərişıq ASC-nin sədr müavini Ramil Yusifov özünə məxsus villaların birində özünün qurduğu komanda üzvləri ilə növbəti toplantı qurub. O oliqarxsayağı görüşdə bəyan edib ki, Vüqar Əhmədov nazir vəzifəsinə gedəcək, guya artıq təklif ölkə başçısına verilib. “Azərişıq” ASC-yə də özünün sədr təyin ediləcəyini bildirib.

Məlumat üçün bildirək ki, Ramil Yusifov Azərişıq ASC-də 4 ildir qeyri leqal olaraq sədr müavini vəzifəsini tutur.

Yeniçağ.az Azərişıq ASC-nin sədrliyinə iddialı olan bu adamın kimliyini araşdırıb. Məlumatlı mənbələrin Ramil Yusifov barədə danışdıqlarını sayt yayır. Cəmiyyət üçün çox vacib faktlar ortaya qoyulduğuna görə bizi də maraqlandırdı.

Ramil Yusifov Yasamalda nəzarətçi işləyərkən sakinlərinin pulunu alıb mənimsəyib, yerinə saxta qəbzlər verirmiş. Buna görə biabırçı qalmaqal yaranıbmış. Pulu mənimsənilən sakinlər içərisində çox mötəbər şəxsiyyətlər də var imiş. O zaman İdarənin təftiş heyəti orada yoxlamaya başlayıb, Ramil işindən azad edilib. Ancaq sonradan Sumqayıtelektrikşəbəkəyə işə düzəlib. Orada da oğurluq yolu ilə pullar qazanıb, yanına da öz tələblərinə uyğun əlaltılar toplayıb. Həmin əlaltılar indi Azərişıqda yüksək postları tutur, Ramil Yusifovun komandasını təşkil edirlər. Gələn yazımızda onların siyahısını təqdim edəcəyik.

O, Azərişıqda “mafiya babası” kimi tanınır. Onun insanları və Azərişıq ASC-nin əmlakını necə talaması, villaları, ölkədə və başqa ölkələrdə olan əmlakı, biznesi barədə gələn yazımızda danışacağıq.

Oxucuya sədr olmaq istəyən bu kadrın xarakterik xüsusiyyətləri barədə danışacağıq. Ətrafındakılar Ramili pul alıb verməkdə çox mahir, “gözüqanlı”, qorxmaz, özü kimi kadrları da ətrafına yığmaqda usta olan işbaz adlandırırlar.

Ramil Yusifov necə “böyük adam” olub? Ramil Yusifov keçmiş Daxili İşlər naziri Ramil Usubovla sonradan qohum olub. Onun ən yaxın dairəsindən olanlar danışırlar ki, Ramil Yusifov qohumluq şansından hər cürə yararlanaraq, prezident təyinatına baxmadan bu vəzifədə illərdir otura bilir. Nəsə inandırıcı deyil. Bu qohumluq vasitə ola bilər. Əsas onun özünün hər kəsdə olmayan mafioz xarakteridir.

Baba Rzayev Ramil Usubovun tapşırığı ilə onu Bakıelektrikşəbəkədə Xəzər rayonuna rəis təyin edib. Deyilənə görə rəis təyin olunduğu gün o, elə iclasdaca onun istədiyi adamı öz müavini təyin etməyi Baba Rzayevə təkidlə deyibmiş. Bu sayaq iddialı, özündən yuxarı vəzifədə olanlarla tələbkar danışa bilməsi, istədiyini ala bilməsi xarakterinə görə ətrafındakılar onu “lider” hesab edirlər. Ramil Yusifovun keçmiş iş yoldaşları onu özündən razı, ədabaz, təkəbbürlü, pula həris insan kimi xarakterizə edirlər. Əbəs yerə Ramil Yusifov barəsində danışanlar “Ramilin allahı puldur” demirlər. Bu nədən qaynaqlanır? Psixoanalizin banisi dahi Ziqmund Freydin şəxsiyyət tiplərinin və fərdlərin davranışlarının təhlillərindən anlaşılır ki, fərdin uşaqlıq illərində qarşılaşdığı sevgi əskikliyi, zorakılıq, ailə bağlarının zəifliyi, ailə daxili münaqişələr, öz yaşıdları tərəfindən ələ salınma, cinsi zorakılıq və s. aqressiv hadisələr onun şüuraltında basdırılaraq sonradan gələcək şəxsi və işgüzar həyatında paxıllıq, lovğalıq, hiyləgərlik, özünü sübut etməyə meyillilik, yekəxanalıq, acgözlük, özünə vurğunluq, başqalarına nifrət etmə kimi duyğu və davranışları təcəssüm edən narsist və buna yaxın digər şəxsiyyət tipi kimi üzə çıxır, Xolerik temperamenti yaradır. Şəxsin narsisist olduğunu nədən bilmək olar?

 

Narsistik şəxsiyyət pozuqluğudur. Psixiatrlar narsisist xəstəni sadalayacağımız əlamətlərlə müəyyən edirlər:

 

  • təkəbbürlük – uğurlarını və qabiliyyətlərini şişirtmə;

 

  • aqressiv xəyallar qurma – böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurma və nəyin bahasına olursa olsun ona yetmə;

 

  • ədabazlıq – xüsusi münasibətə layiq olduğunu düşünmə, çox bəyənilmək istəyi, ona elə gəlir ki, əvəzolunmazdır;

 

  • merkantil meyllər – öz maraqları üçün başqalarından istifadə etmə, hamını özünə borclu bilmə;

 

  • empatiya düşüncəsinin olmaması – başqalarına qarşı sayğısızlıq, insanlara qayğı göstərməmək. Biganəliklə qəddarlıq etmə;

 

  • paxıllıq – başqalarının uğurlarını qısqanma.

 

Ramilin keçmişi barəsində məlumat verənlər onun uşaqlıqda qaçqınlıq həyatı yaşadığı dövrlərdə, oxuduğu məktəblərdə öz sinif yoldaşlarına yovuşmadığını, universitet dövründə də geyiminin nimdaş olduğunu, heç kimə qaynayıb qarışmadığını bildirirlər. Bunlar üzdə olan hadisələrdir. Uşaqlıq illərində başına gələn başqa travmatik hadisələr varsa bizə məlum deyil. Görünən odur ki, keçdiyi həyat yolu onda dərin psixoloji travmalar yaratmış, tipik olaraq nəticədə başqalarının daha yaxşı həyat tərzi keçirdiyini hesab etmiş, özünü onlardan maddi və mənəvi cəhətdən aşağı səviyyədə olduğunu qəbullanmış, beləliklə onda insanlara qarşı kin yaranmış, özündə əskik hesab etdiyi maddi və mənəvi boşluğu doldurmaq istəyi onun acgözlük, paxıllıq, nifrət, kin kimi neqativ hisslərini inkişaf etdirmiş “böyük adam olmaq” arzusunu yaratmışdır. Mənbə bildirir ki, Xəzər rayonuna təzə işə təyin olunan vaxtlarda o, işə ayrı-ayrı avtomobillərdə gələrək, nümayişkaranə şəkildə lovğalanır, xüsusi ədaları ilə özünü qeyri-adi şəxs kimi təqdim etməyə çalışırmış. Ramil Usubovla qohumluğundan sui istifadə onun şüuraltından gələn narsisist duyğularını və davranışlarını daha da möhkəmləndirmiş, onu daha təkəbbürlü, lovğa, yekəxana etmişdir. Ətrafımızda bu xüsusiyyətləri olan insanlarla tez-tez rastlaşırıq. Vay o gündən ki, bu xasiyyətdə olanlar məmur ola! Bilməliyik ki, şəxsiyyət kompleksi olan bu xüsusiyyətlər özünə və ya ətrafındakılara zərər verir. Ramil Yusifovun bu xarakterlə irəlilədiyi karyera yolu demokratik cəmiyyət, qanuni davranış istəyən cəmiyyət üçün heç bir halda keçərli deyil. Ölkənin elektrik satışı sisteminin başında duran şəxs özü keçmiş işıq oğrusudur. Əvvəli necə oğru olubsa eləcə indi də o sayaq şəbəkə qurub. Gələn yazılarımızda bu şəbəkədən danışacağıq. Bu elə bir ustalıqdır ki, prezident təyinatı olmadan Azərişıq ASC-nin elektrik satışı sistemi üzrə sədr müavinidir. Faktiki sədr olan Vüqar Əhmədov belə Ramil Yusifovun nüfuz arealını keçə bilmir. Azərişıq ASC-nin demək olar bütün “yağlı vəzifə”-lərini Ramil Yusifovun adamları tutur. Təsəvvür edirsinizmi, dövləti¬mizin bu qurumunda “yağlı vəzifə” anlayışı daha dəqiq parametrləri ilə işləyir. Ramil Yusifovun “adamları”-nın bir çoxu ilə sakin adı ilə söhbət etdik. Demək olar, hamısı alverçi zehniyyətinə malikdirlər. Görünür Azərişıq ASC-də kadr seçimi belə qurulub. Düşünürük ki, bu xislətli adamları Ramil Yusifov Vüqar Əhmədovun iradəsi olmadan, ustalıqla tapıb, seçib, təyin edib, arxalarında da durur. Niyə belə deyirik? Ona görə ki, Azərişıqda əmrləri sədr verilməli olduğu halda, bir çox əmrləri Ramil Yusifov verir. İndi də danışıb məyus olurlar ki, satış sahəsi üzrə sədr müavini olan Ramil Yusifov artıq texniki istismar sahəsini də öz nəzarəti altına alır. Məsələn Şirvan regional işıq idarəsinə yeni təyin olunmuş istismar üzrə müavini də Ramil Yusifov qəbul edib, öz metodu ilə xeyir-duasını verib, “halallığını” alıb. Ramil Yusifovun tabeliyində olanların işçi karyerası ilə oynayan bir davranışı da var. Belə ki, hansı rayona Ramil Yusifovun xəlbirindən keçmiş adam təyin olunursa, o rayonda dərhal yenidənqurma işləri başlayır və həmin rəis camaata “yaxşı kadr” kimi təqdim edilməklə reklam edilir. Ramilin xeyir-duasını almadan təyin olunan, ona gəlir gətirməyən, “vəzifəni boş yerə tutan” rayon işıq şəbəkə rəisi varsa, həmin rayonun camaatının “çırağı” sönür. Ramilgil o adamı yarıtmaz göstərmək, gözdən salmaq üçün həmin rayonda hər hansı yenidənqurma, təmir işinin getməsinə imkan yaratmır – “lazımsız” adamı “lazımlı” adamla əvəz edənədək. Görünən odur ki Ramil Yusifova işıq istehlakçılarının vəziyyəti maraqlı deyil. Ramilə “lazımlı” olan adam təyin olunana qədər camaat keyfiyyətsiz elektrik təchizatına məruz qalır. Ramil Yusifov bu oyunları o qədər ustalıqla edir ki, insanlar günahı sədrdə və onu təyin edəndə görür. Çünki hər kəs haqlı olaraq təşkilatın birinci şəxsinin sorumlu olduğunu düşünür. Daha bilmirlər ki, Azərişıq ASC-də de-fakto sədr Ramildir –idarəetmədə sədr naşılığı ucbatından. Bir sözlə, Azərişıq ASC-yə sədr olmaq istəyən bir məmurun bəzi xarakterik cizgilərindən danışdıq. Bu gün bu ASC-ni bu cür kadrlardan heç fələk də xilas edə bilmir, deyə “Yeni Çağ” saytı yazır. Düşünürük, hökumət yeni kadr siyasətində bu yazdıqlarımızı nəzərə alacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button