Sosial

“Müəllimlərdən yardım üçün pul tutmaq yolverilməzdir”

“Artır bir neçə gündür ki, sosial platformalarda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün müəllimlərdən əmək haqqı tutulması ilə bağlı məlumatlar yayılır.​ Düzdür, Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Lakin nazirliyin olmasa belə, qurumun tabeliyindəki hər hansı təşkilatın mütləq bundan xəbəri var”.
Jamaz.info xəbər verir ki, bunu Bakupost.az -a təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, zəlzələdən zərər çəkən insanlara yardım etmək üçün müəllimlərdən əmək haqqı tutulması könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Amma görürük ki, konkret şablon hazırlanıb:
“Azərbaycanın ümumtəhsil məktəblərində​ 160 mindən çox müəllim çalışır.​ Nəticə etibarilə, hərəsi 1 manatdan pul toplasa, kifayət qədər böyük məbləğ yığılar. Lakin məcburiyyət doğru deyil. Bunu həqiqətən könüllülük əsasında etməlidirlər. Yaxud yardım məsələsi Pedaqoji Şurada müzakirəyə çıxarılmalıdır. Yalnız Şuranın müsbət rəyi olduğu halda pul yığıla bilər. Əks təqdirdə müəllimlərə ərizə yazdırmaq, əmək haqqıdan tutmaq yolverilməzdir.​ Müəllimlərin əmək haqlarından da xəbərdarıq.​ Onlar fevralın 6-dan bu günə qədər imkan daxilində Türkiyəyə yardım göstərməyə də çalışıblar. Müəllimlər var ki, deyilən​ məbləğdən də artıq vəsait göndərib. Ancaq bunu məcburi şəkildə etmək düzgün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button