Sosial

“Kupça” verilməyən bu evlərin aqibəti necə olacaq?

“Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılmayıb. Belə ki, “Zeytunluq” deyilən ərazi var, hazırda Abşeron rayonun hesabındadır. Amma vaxtilə Binəqədi bələdiyyəsinin sərəncamı ilə insanlar orada ev tikiblər. İndi isə o evlərə “kupça” ala bilmirlər. Bu insanların taleyi necə olacaq?”

Jamaz.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında millət vəkili Eldar İbrahimov deyib.

“Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, nə iş görür, nə edir, araşdırılmalıdır. İnsanlar incidilməməlidir. Bir də görürsən, elementar bir şeydən ötrü insanlar get-gələ salınır”, – deyə deputat bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button