Sosial

“Ailə qurmağın şərtləri çətinləşdirilməlidir”

“Ailə qurmağın şərtlərini çətinləşdirmək lazımdır”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Günel Səfərova deyib. Onun fikirincə, nişanlılıq dövrünü artırmaq lazımdır:
“Bizdə yaxşı bir dövr var – nişanılıq. Həmin dövr insanların bir-birini tanıması üçün lazımdır. Amma sanki kiminsə ömrünün sonudur deyə bir tələskənlik yaşanır. Sanki qaçış yarışıdır, həmin dövrə də marafon kimi baxırıq. Gəncləri nişanlayandan bir-iki ay sonra toy edirlər. Niyə? Bayramlara görə, oğlan evi qız evinə bayram payı gətirməlidir. Artıq pul xərclənməsin deyə ailələr toyu tələsik edir”.
Cünel Səfərov Azərbaycanda hər şey kimi toyun da maddiləşməsini vurğulayıb:
“Mənəvi münasibətlərin önündə madiyyat durur. Mübahisə nəyin üstündə düşür? Gətirilən üzük, qızıl əşyaları, geyim aksesuarları və s. Biz bunu görürük. Ailələr qızıl üstündə dava edir, amma bunun mənəvi tərəflərinin üst-üstə düşüb-düşməməsi heç bir ailəni maraqlandırmır. Bunlar kinoya, teatra gedirlərmi, kitab oxuyurlarmı, birlikdə nəyisə müzakirə edirlərmi, bütün bunlar heç kəsi düşündürmür. Məişət xarakterli məsələlərdə münasibətlər korlanır və onu bərpa etmək çətinləşir”.
Hüquq müdafiəçisi deyir ki, Azərbaycanda uşaqları tez evləndirirlər:
“Halbuki axtaranda onların heç biri ailənin nə olduğunu bilmir. Onlar bilmədiyi ailənin yükünü necə çəkəcək? Gənclər qalıb arxa planda, ata-ananın fikiri əsas götürülür. “Sən mən deyən qızı almalısan” yaxud da əksinə “sən biz deyən oğlana getməlisən” deyənlərin sayı gündən-günə çoxalır. Bu baxımdan ailə quranlarla bağlı şərtlər çətinləşməlidir. Biz deyirik ki, sağlamlıqla ilə bağlı tibbi arayış lazımdır, eyni zamanda bu gənclərə bir zaman verilməlidir. Nişanlılıq dövrü uzadılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button