Siyasət

Vüqar Bayramov: “Türkiyənin qarşısında terror da məğlub olacaq”

“Qardaş Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır.  Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov İstanbulda başverən terror aktına münasibət bildirərkən deyib.

O bildirib ki, tarixi taxıl anlaşması kontekstində Türkiyə hazırda müharibə edən Rusiya və Ukraynanı bir araya gətirən yeganə ölkədir. “Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən qısa müddət sonra İstanbulda terror aktının törədilməsi də xeyili suallar yaradır. Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq. Biz hər zaman sizinləyik, Türkiyə”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button