Siyasət

Stanislav Zas: “KTMT Ermənistana sərhəddə missiya göndərməyi təklif edib”

“KTMT Ermənistana bütün yardım tədbirləri, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib”. JAMAZ.İNFO xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas ONT telekanalına açıqlamasında deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan sərhədində vəziyyəti qiymətləndirmək  asan deyil. “Demək olar ki, hər gün atışmalar olur. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım kimi təklif etdiyi və müxtəlif siyasi, diplomatik və hərbi tədbirlərin, o cümlədən vəziyyəti real qiymətləndirəcəyi bu sərhədə missiyanın göndərilməsinin nəzərdə tutulduğu tədbirlər kompleksi ümumilikdə qəbul edilib”.

Onun sözlərinə görə, yeganə nail olunmayan məsələ orada yaradılmış vəziyyətin ümumi qiymətləndirilməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button