Siyasət

Seçkilərlə bağlı daha iki proses başa çatır

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar daha iki proses başa çatır. Modern.az-ın məlumatına görə, bu barədə müddəalar Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim planında qeyd edilib.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müstəsna hallarda yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatıb.
Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərlər səsvermə gününə azı 5 gün qalanadək müstəsna hallarda yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasını təmin etməlidir.
Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda dairə seçki komissiyaları (müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla) Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin yaradılmasını da səsvermə gününə azı 5 gün qalanadək təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 2-dək olan dövrü əhatə edib.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi də bu gün başa çatır. Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 4 gün qalanadək səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 3-dək olan dövrü əhatə edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button