Siyasət

Nazir müavini: “Bakının Xankəndi ermənilərinin təhlükəsizliyinə BMT TŞ zəmanət verə bilər”

“Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən həmişə tanınıb. Bununla bağlı demək olar ki, yeni heç nə yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Brüssel görüşü barədə danışarkən deyib.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi üçün beynəlxalq mexanizmlərin təmin edilməsi ətrafında danışıqlar aparılır.

“Xankəndi ilə Bakı arasında təklif olunan beynəlxalq mexanizm nədir, bu zəmanətləri verə biləcək ölkə və ya struktur varmı” sualına nazir müavini belə cavab verib: “Bir neçə variant var, bu, bir ölkə və ya BMT Təhlükəsizlik Şurası ola bilər. Variantlar var və bu müzakirə mövzusudur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button