Siyasət

“Fransa parlamentinə Şuşadan cavab verməliyik” – Zahid Oruc

“Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük Qələbədir. Fransa Senatının dünənki qərarı da 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir. Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?”

Jamaz.info  xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

“Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir. Yunanıstanda olduğu kimi, Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir. Siz Şarli Hebdo qətlindən sonra Parisdə çiyin-çiyinə dayanan dövlətləri Türkiyə və Azərbaycanla bir sırada görmərsiniz. Lakin o qətnamələr Vətən müharibəsinin nəticələrini dəyişmir, əskinə erməni xalqına növbəti zərbədir. Çünki ondan yalnız bir ovuc siyasi avantürstlər fayda götürür. Çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil. Ərzağa heyifdir. “Total” şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir, əksinə kompaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir. Biz Fransa parlamentinə Şuşada yeni bəyənnamələrlə cavab verməliyik”, – deyə komitə sədri qeyd edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button