Siyasət

Ermənistanın baş prokuroru azərbaycanlı əsirlərdən danışdı

Ermənistanın baş prokuroru  Anna Vardapetyan əsir götürülmüş Azərbaycan hərbçilərindən danışıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, ekstradisiyanın planlaşdırılmadığını bildirib.

“Məhkəməyə qədər Ermənistana daxil olmuş 2 Azərbaycan əsgərinin ekstradisiyasına icazə verilmir və qanunla nəzərdə tutulmayıb. Gələcəkdə belə bir ehtimala gəlincə, məsələ onun səlahiyyətində deyil”, – deyə Vardapetyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button